Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş  SİYAHI backend

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 21,6 minə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 854 tankı, 2205 zirehli döyüş maşını, 403 artilleriya sistemi, 143 reaktiv yaylım atəş sistemi, 69 HHM sistemi, 177 təyyarəsi, 154 helikopteri, 1 543 avtomobil texnikası, səkkiz gəmisi, 76 yanacaq-sürtkü materialları çəni, 182 kəşfiyyat PUA-sı, 27 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksi məhv edilib.

Diaspora