Kiyev vilayətinin Borodyanka şəhərində Rusiya işğalı zamanı həlak olanların ilk kütləvi məzarları açılıb.
Prosesdə yerli sakinlər də yaxından iştirak edib.
Məlum olub ki, burada basdırılanlar arasında təsadüfən yolu keçən oğlan, ailəsi ilə birlikdə bölgədən ayrılmağa çalışan 15 yaşlı qız, rusiyalı hərbçilərlə danışmağa cəhd edən rusdilli sakin də var.