“Rusiya “Pasxa atəşkəsi”ndən imtina edib. Rusiya Federasiyasının nümayəndəsi bildirib ki, atəşkəs guya Ukrayna hərbçilərinin yenidən toparlana bilməsi üçün lazımdır”.
Bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa özünün “Twitter” səhifəsində yazıb.
“Moskva fürerinin mövqeyi bir neçə saat ərzində Təhlükəsizlik Şurasında açıqlandı”, - deyə o, Rusiya nümayəndəsinin çıxışının videosunu yerləşdirərək bildirib.
Qeyd edək ki, aprelin 19-da BMT-nin Baş katibi Antonio Quterreş bir sıra humanitar dəhlizlərin açılmasına icazə vermək üçün Pasxa bayramı münasibəti ilə 21-24 aprel tarixlərində dördgünlük humanitar fasilə verilməsinə dair çağırış edib. Aprelin 20-də Ukrayna təşəbbüsü dəstəkləyib. /Oxu.az/