Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş  SİYAHI backend

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 20 800-ə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 802 tankı, 2063 zirehli döyüş maşını, 386 artilleriya sistemi, 132 reaktiv yaylım atəş sistemi, 67 HHM sistemi, 169 təyyarəsi, 150 helikopteri, 1 495 avtomobil texnikası, səkkiz kateri, 76 yanacaq-sürtkü materialları çəni, 158 kəşfiyyat PUA-sı, 27 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksi məhv edilib.

Diaspora