Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı sənədlər paketi imzalanacaq.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
- Bu gün prezident üçün günün əsas hadisəsi Ermənistanın baş naziri Paşinyanın rəsmi səfəridir. Baş nazir Rusiya hökuməti səviyyəsində intensiv təmaslar planlaşdırır, - Peskov qeyd edib.
O qeyd edib ki, bu görüşlərin nəticəsi olaraq xüsusi sənədlər paketi imzalanacaq.
Qeyd edək ki, Ermənistan nümayəndə heyətinə baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan da daxil olmaqla bir neçə rəsmi şəxs daxil edilib.
İrəvan işgüzar səfərin gündəliyinə Rusiya prezidenti Vladimir Putin, baş nazir Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlərin daxil edildiyini bəyan edib. Həmçinin qeyd edilib ki, Paşinyan Putinlə işğaldan azad edilmiş Qarabağla bağlı üçtərəfli bəyanatların (2020-ci ilin noyabrı və 2021-ci ilin yanvarı-red.) icrasını müzakirə edəcək.