Ukraynada 3 gündür humanitar dəhlizlər açılmır

Ukraynada 3 gündür humanitar dəhlizlər açılmır backend

Artıq üçüncü gündür Ukraynada mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlər açılmayıb.

Apa xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk "Telegram" hesabında bildirib.

"Bu gün, 19 apreldə, təəssüf ki, humanitar dəhlizlər yoxdur. Donbasda intensiv atışmalar davam edir. Mariupolda ruslar Berdyansk istiqamətində mülki şəxslər üçün dəhliz verməkdən imtina edir. Biz Xerson və Xarkov vilayətlərində humanitar dəhlizlərin açılması ilə bağlı çətin danışıqları davam etdiririk”, - o qeyd edib.

Diaspora