Ukrayna Ordusu mühasirədə qalmış liman şəhəri Mariupolun müdafiəsini davam etdirirlər və Rusiya qoşunlarına qarşı sonadək vuruşacaqlar.
Apa-nın BBC-yə istinadən xəbərinə görə, bunu Ukrayna Baş naziri Denis Şmiqal ABŞ-ın “ABC” telekanalına müsahibəsində deyib.
O, Rusiyanın Mariupolun təslim olması üçün bazar gününədək verdiyi son tarixə məhəl qoyulmadığını deyib:
“Şəhər hələ də təslim olmayıb. Orada hələ də bizim hərbi qüvvələrimiz, bizim əsgərlərimiz var və onlar sonadək vuruşacaqlar. Onlar indi də Mariupoldadırlar”.