Rus qoşunlarının Ukraynadakı yeni komandanı - "Hələb qəssabı" kimdir?

Rus qoşunlarının Ukraynadakı yeni komandanı - "Hələb qəssabı" kimdir? backend

Bir neçə gün əvvəl məlum olub ki, Rusiya Ukraynada müharibəyə yeni komandir təyin edib.

Bu, general Aleksandr Dvornikovdur. 

 

Qaynarinfo xəbər verir ki, "Unian" Mariupolun işğalında da iştirak edən Aleksandr Dvornikovun kimliyini araşdırıb.

 

Dvornikov Moskva vilayətinin Kalininets kəndində yaşayır. Moskva vilayətində də 15 sot ərazidə yaşayış binasına sahibdir.

 

2022-ci il aprelin 8-də o, Ukraynaya açıq hərbi müdaxilədə iştirak edən rus qoşunlarının komandanı təyin edilib. Həmin vaxta qədər Cənub qoşun qrupunun komandanı olub.

 

Dvornikov niyə "Hələb qəssabı" adlandırılır?

 

Dvornikov Rusiya qoşunlarının Suriyadakı hərbi əməliyyatlarına rəhbərlik edib. 2016-cı ilin martında Suriyadakı fəaliyyətinə görə Rusiya prezidentinin fərmanı ilə "Rusiya Qəhrəmanı” adına layiq görülüb.

 

 

Hərbi ekspert Yuri Fedrov bildirib ki, Dvornikov Suriyada rus qoşunlarına komandanlıq edərkən Rusiya aviasiyası üsyançıların nəzarətində olan yaşayış məntəqələrini, xüsusən də Hələb şəhərini bombalayıb. Bu səbəbdən o, "Hələb cəlladı” və ya "Hələb qəssabı” ləqəbini alıb.

 

Həmkarlarının sözlərinə görə, Dvornikov çətin xarakterə malikdir, tabeliyində olanlara qarşı sərt davranır, uğursuzluq halında həmişə onlar  arasında günahkar axtarır.

 

Dvornikovun şəxsi həyat

 

Rusiya qoşunlarının Ukraynadakı yeni komandanı İrina adlı qadınla evlidir. Onların iki qızı da var - Svetlana və Mariya. Böyük qızı psixoloq işləyir, subaydır. Kiçik qızı Cənub Hərbi Dairəsində xidmət edir. Evlidir, bir qızı var.

Diaspora