"Lukaşenko Putinə nifrət edir və tezliklə ondan canını qurtarmaq istəyir"

"Lukaşenko Putinə nifrət edir və tezliklə ondan canını qurtarmaq istəyir" backend

"İki qəddar dost" barəsində sənədli film çəkilib

Belarusun "NEXTA" nəşri prezidentlər Putin və Lukaşenko arasında münasibətlərə həsr edilmiş sənədli film çəkib.

 

Filmin premyerası aprelin 15- də baş tutub. İki gün ərzində filmə bir milyondan çox izləyici baxıb.

 

Moderator.az xəbər verir ki, bu barədə "QORDON"  internet nəşri məlumat yayıb.

 

"Lukaşenko tamamilə Rusiya prezidentindən asılıdır və onun ilk göstərişilə Ukraynaya qoşun yeridəcək".

 

Yox, bu, fikir adiləşib, sərsəm və maraqsızdır.

 

"Lukaşenko Putinə nifrət edir və ondan tezliklə canını qurtarmaq istəyir" - bax, bu, həqiqətə daha yaxındır.

 

Doğrudur, hələlik, o, qorxu içindədir, Moskva onu aradan götürə biləcəyi barədə eyham vurur, həm də yad ölkə qoşunlarının böyük bir hissəsi ölkədə qalıb, - aparıcı iddia edib. -  Əgər diqqətlə düşünsək, Lukaşenkonun Putindən başqa heç vaxt belə ciddi düşməni olmayıb".

 

Filmdə Rusiya ilə Belarus  İttifaq dövlətinin yaranma tarixindən danışılır, 90- cı ilin sonlarından iki siyasətçinin münasibətləri təhlil edilir və qeyd edilir ki, Putinlə Lukaşenko "iki qəddar dostdur".

Diaspora