Zelenski Ukraynanın Aİ-yə üzvlük anketini təqdim edib

Zelenski Ukraynanın Aİ-yə üzvlük anketini təqdim edib backend

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu əldə etməsi üçün zəruri addım olan doldurulmuş sorğu anketini qurumun Kiyevdəki nümayəndəliyinin rəhbərinə verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

“Prezident Zelenski Aİ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Matti Maasikasa dövlətimizin Aİ üzvlüyünə namizəd statusu alması üçün doldurulmuş sorğu anketini təhvil verib”, - məlumatda deyilir.

Xatırladaq ki, aprelin 8-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukraynada keçirdiyi mətbuat konfransında həmin anketi Zelenskiyə təqdim etmiş və onu bir neçə il ərzində yox, həftələr ərzində doldurmağa kömək edəcəyinə söz vermişdi. Bu anket Avropa Komissiyasına Aİ Şurasına Ukraynanın quruma daxil olması ilə bağlı danışıqların başlanması istiqamətində müzakirələrə başlamağı tövsiyə etməyə imkan verəcək.

Diaspora