Rusiya Federasiyasının 8-ci ordu komandirinin müavini, general-mayor Vladimir Frolov Ukraynada gedən döyüş zamanı həlak olub.
Nəşrin məlumatına görə, aprelin 16-da Sankt-Peterburqda 8-ci ordu komandirinin müavini, general-mayor Vladimir Petroviç Frolovla vidalaşıblar. Onun dəfn mərasimi Serafimovski qəbiristanlığında hərbi şərəflə keçirilib, mərasimdə qubernator Aleksandr Beqlov iştirak edib.
Bu barədə Sankt-Peterburq administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Qubernatorun sözlərinə görə, Vladimir Frolov döyüşlərdə "igidlik göstərərk həlak olub”