“Moskva”nın məhvi Putin üçün böyük biabırçılıqdır - “Sky News”

 “Moskva”nın məhvi Putin üçün böyük biabırçılıqdır - “Sky News” backend

Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Moskva” gəmisinin Qara dənizdə məhv edilməsi prezident Vladimir Putin üçün böyük biabırçılıqdır. Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “Sky News” kanalının internet səhifəsində dərc olunan yazıda belə deyilir.

Raket daşıyan nəhəng “Moskva” gəmisini Ukrayna aprelin 13-də iki qanadlı raketlə vurub. Rusiya tərəfi bunu inkar edərək gəminin göyərtədə hərbi sursatın partlaması nəticəsində yandığını bildirir.

Aprelin 14-də gəmi yedəyə alınaraq təmir üçün limana daşınsa da, proses uğursuz yekunlaşıb, kreyser dənizdə batıb.

“Sky News” qeyd edir ki, 1982-ci ildə Böyük Britaniya ilə Argentina arasında baş vermiş Folklend müharibəsindən bəri, yəni son 40 ildə “Moskva” müharibə zamanı batırılan ilk gəmidir: “İkinci Dünya müharibəsindən, 1945-ci ildən sonrakı dövrdən götürdükdə isə “Moskva” son 80 ilə yaxın müddətdə müharibə zamanı batırılmış ən böyük hərbi gəmidir”.

“Sky News” vurğulayır ki, bu hadisə ay yarımdan çoxdur Ukraynada müharibə aparan, faktiki heç bir ciddi uğur qazana bilməyən, həm şəxsi heyət, həm də hərbi texnika sarıdan böyük itkilərə məruz qalan Kreml üçün növbəti və çox ağır zərbədir.

Eyni zamanda kreyserin vurulması Ukraynanın sahildən hərbi gəmilərə zərbə endirmək imkanını aşkara çıxarır. Bu isə Rusiyanın Qara dənizdəki və Azov dənizindəki başqa gəmilərinin də təhlükə altında olması anlamına gəlir. “Sky News” güman edir ki, rusiyalı komandirlərdən ötrü situasiyanın bu şəkildə dəyişməsi gözlənməz haldır.

“Moskva” sovet dövrünün məhsuludur. İlk dəfə hərbi arsenala 1983-cü ildə daxil edilib. Ukraynada hazırlanmış gəmi o vaxt “Slava” adlanıb. Sovet İttifaqı dağılandan sonra Rusiyanın ixtiyarına keçən gəmiyə 1995-ci ildə “Moskva” adı verilib.

Diaspora