Hazırda yarısı qadın olan 1000-ə yaxın ukraynalı mülki şəxs və 700 hərbçimiz Rusiyanın əsir və girovudur.
Modern.az “Unian”a istinadən xəbər verir ki, bunu Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk bildirib.
"Ruslar 1000 nəfərə yaxın mülki şəxsi girov kimi ələ keçiriblər. Onların da yarısı qadındır. Dəfələrlə təkrar etmişik, bəlkə Rusiya məni eşidər, biz hərbçiləri mülki şəxslərlə dəyişmirik. Bu, Cenevrə Konvensiyaları ilə qadağandır. Biz tələb edirik ki, onlar azadlığa buraxılsınlar”.
Hərbçi əsirlərə gəlincə, İrina Vereşçuk deyib ki, Ukrayna tərəfində 700 rus əsgər və zabit var, elə eyni sayda da ukraynalı hərbçi Rusiya əsirliyindədir.
O, Rusiya tərəfini əsir və girovları Cenevrə Konvensiyalarına uyğun dəyişməyə çağırıb.
Qeyd edək ki, indiyədək Rusiya və Ukrayna arasında dörd dəfə əsir mübadiləsi aparılıb.
İlk tam hüquqlu hərbi əsir mübadiləsi martın 24-də baş tutub - Ukrayna 10 işğalçı müqabilində 10 hərbçisini geri qaytarıb.
Aprelin 1-də əsirlərin ikinci mübadiləsi olub: Ukrayna 15-i qadın olmaqla 86 hərbçisini geri qaytara bilib.
Üçüncü əsir mübadiləsi aprelin 9-da baş tutub - 12 hərbçi və 14 mülki şəxs azad edilib.
Aprelin 14-də dördüncü mübadilə zamanı 22 hərbçi və 8 mülki şəxs Ukraynaya qaytarılıb.