Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş  SİYAHI backend

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 20 100-ə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 762 tankı, 1 982 zirehli döyüş maşını, 371 artilleriya sistemi, 125 reaktiv yaylım atəş sistemi, 66 HHM sistemi, 163 təyyarəsi, 145 helikopteri, 1 458 avtomobil texnikası, səkkiz kateri, 76 yanacaq-sürtkü materialları çəni, 138 kəşfiyyat PUA-sı, 26 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksi məhv edilib.

loading...
Diaspora