Türkiyə Ukraynaya humanitar yardım çatdıracaq

Türkiyə Ukraynaya humanitar yardım çatdıracaq backend

Ukraynadan mülki şəxslərin təxliyəsi üçün Ankaranın ayırdığı gəmilər bu ölkəyə həm də humanitar yardım çatdıracaq.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

Nazirin sözlərinə görə, Türkiyə ilk gündən vətəndaşlarının və digər mülki şəxslərin Ukraynadan təhlükəsiz təxliyəsi üçün hərtərəfli yardım göstərməyə hazır olduğunu bəyan edib.

Hulusi Akar Ankaranın Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bir daha təsdiqləyib.

Həmçinin Ukraynada daha çox insan itkisinin qarşısını almaq və bu ölkədə sülh və sabitliyin ən qısa zamanda təmin edilməsi üçün dərhal atəşkəsə ehtiyac olduğu vurğulanıb. (trend)

Diaspora