Bütün gəlir Ukraynaya göndəriləcək.
İsveçrənin “Drink For Peace” şirkəti rus işğalçılarına qarşı mübarizə aparan Ukraynaya özünəməxsus şəkildə dəstək vermək qərarına gəlib. İstehsalçı şirkət prezident Vladimir Zelenskinin adına araq buraxıb.
Qaziler.az UNİAN-a istinadən bildirir ki, bu barədə “Vodka Zelensky” brendinin saytında məlumat verilib.
Brend araq satışından əldə etdiyi gəlirin 100%-ni ehtiyacı olan ukraynalılara dəstək və ölkəni bərpa etmək üçün istifadə edəcək.