Şoyqu infarkt keçirib

Şoyqu infarkt keçirib backend

“Rusiyanın müdafiə naziri Sergey Şoyqu infarkt keçirib”.

Azvision.az  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya-İsrailin ictimai xadimi Leonid Nevzlin yayıb. Onun sözlərinə görə, Şoyqu reanimasiya şöbəsinə yerləşdirilib, sağ qalıb-qalmayacağı məlum deyil.
“Şoyqu oyundan kənarda qalıb, sağ qalsa, bəlkə də əlil olacaq. Qəfildən infarkt keçirib, reanimasiyadadır, cihazlara qoşulub. İnfarktın təbii səbəblərdən baş verə bilməyəcəyinə dair şayiələr var”, - Nevzlin Twitter-də bildirib.

Nevzlin əlavə edib ki, Rusiyada təqribən 20 general həbs olunub. Həbslər hərbi sahədə vəsaitin mənimsənilməsi ilə bağlıdır. Belə ki, 2014-cü ildən bəri təxminən 10 milyard dollar oğurlanıb.

Diaspora