Ukrayna müxalifətində “Ömürlük” partiyasının həbsdə olan rəhbəri Viktor Medvedçukun həyat yoldaşı prezident Vladimir Zelenskiyə müraciət edib.
Apa “RİA Novosti“yə istinadən xəbər verir ki, Oksana Marçenko Vladimir Zelenskidən deputatı dərhal azad etməyi tələb edib:
“Heç şübhəsiz ki, həyat yoldaşım Ukrayna qanunlarına və beynəlxalq hüquqa zidd olaraq siyasi motivlərlə saxlanılıb. Onun həyatı üçün təhlükə olmamalıdır. Cavabınızı gözləyirəm”.
Marçenko vurğulayıb ki, Medvedçuk Ukraynanın heç bir qanununu pozmayıb və həmişə sülhün tərəfdarı olub.
Siyasətçinin həyat yoldaşı kömək üçün Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğana da müraciət edib.
“Mən Viktorun həyatı üçün çox narahatam. Sizin böyük səlahiyyətiniz var. Sizə hörmət edilir və sizin sözünüzə qulaq asırlar. Hörmətli cənab Prezident, sizdən xahiş edirəm ki, həyat yoldaşım Viktor Medvedçuku azad etmək üçün öz təsir imkanlarınızdan istifadə edəsiniz", - deyə Marçenko deyib.