"Aeroflot"un rəhbəri Putinin Ukraynaya qarşı müharibəsini sabotaj etməyə çağırış edib

"Aeroflot"un rəhbəri Putinin Ukraynaya qarşı müharibəsini sabotaj etməyə çağırış edib backend

"Əks halda şirkət rəhbərləri Putinin hərbi cinayətlərinin ortağına çevriləcək"

 

"Aeroflot" şirkəti baş direktorunun sabiq müavini Andrey Panov Moskvanın Ukraynaya qarşı təcavüzünü pisləyib və Rusiya biznesini hərbi səyləri sabotaj etməyə çağırış edib.

 

Moderator.az xəbər verir ki, bu barədə o, "Financial Times" nəşrində yazıb.

 

"Rusiyanın Ukraynada müharibəsini dayandırmaq son dərəcə vacibdir və bunu təkcə Ukrayna xalqı naminə etmək vacib deyil. Mən "Aeroflot" rəhbərinin sabiq müavini kimi bu münaqişənin Rusiyanın iqtisadiyyatı və nüfuzu üçün nə qədər dağıdıcı olduğunu yaxşı bilirəm. Lakin Rusiyanın biznes mühiti Putinə və onun quldurlarına havadarlıq etdiyini etiraf etməyə tələsmir. Bu, dəyişməlidir, əks halda şirkət rəhbərləri Moskvanın hərbu cinayətlərinin ortağına çevriləcək".

 

Panov şikayətlənib ki, Ukraynada minlərlə dinc sakinin ölümü barədə məlumatlara rəğmən, rusiyalı şirkətlər adi qaydada bizneslərini davam etdirir, sanksiyalardan şikayətlənir. O, istedadlı əməkdaşlarının ölkədən getməsinə, inflyasiyanın gəlirləri sarsıtdığına təəssüf edib. O, etiraf edib ki, "biznes rəhbəri olub, siyasi rejimə qarşı çıxmaq mümkün deyi", amma rusiyalı biznesmenləri çətin seçim etməyə çağırış edib.

 

"Siz işdən çıxa bilərsiniz, ölkədən gedə bilərsiniz, nəsə edə bilərsiniz. Hərbi səyləri sabotaj edə, hərbi müdaxiləni və ya Rusiya təbliğatını dəstəkləyən istənilən sövdələşmə və ya müqavilədən imtina edə bilərsiniz. Əməkdaşlarla danışıb onları müharibəyə qarşı çıxış etməyə çağırış etmək olar. "Z" paradlarını inkar etmək və bu paradlarda iştirak  etməmək, hər həftə artan iqtisadi fəlakətdən açıq danışmaq mümkündür", - o, belə deyib.

 

Onun sözlərinə görə, əks halda "tezliklə mülki sənaye silah istehsalına, qoşunların nəqlinə, orduya yemək tədarükünə xidmət edəcək".

 

Panov deyib ki, özü gizli olaraq Rusiyanı tərk edib, hazırda İsraildədir.

 

Müharibə başlanandan Rusiya prezidentinin xüsusi nümayəndəsi Anatoli Çubays və "Yandeks"in baş direktoru Yelena Bunina da öz postlarını tərk edərək, ölkədən gedib.

Diaspora