Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı xüsusi əməliyyatı düzgün addım adlandırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Putin Amur vilayətində yerləşən “Vostoçnıy” kosmodromuna səfər edərkən bildirib.
“Ukraynadakı xüsusi əməliyyat düzgün addımdır. Başqa seçimimiz yox idi. Məqsədimizə nail olacağıq”, - Putin vurğulayıb.
Putin Kiyevin Minsk razılaşmalarının icrasından açıq şəkildə imtina etdiyini xatırladıb.
O, müasir dünyada Qərbin Rusiyanı təcrid edə bilməyəcəyini diqqətə çatdırıb.