"Rusiya bitib... Sadəcə, başı kəsilmiş, amma hələ ora-bura qaçan toyuğa bənzəyir..."

"Rusiya bitib... Sadəcə, başı kəsilmiş, amma hələ ora-bura qaçan toyuğa bənzəyir..." backend

"Bütün dünya bu vəhşi sifəti gördü və bütün sivil dünya dedi: “Ya onlar bizi, ya da biz onları...”

 

"Ukraynanın genişmiqyaslı işğalından sonra Rusiya başı kəsilmiş toyuğa bənzəyir". 

 

Moderator.az  xəbər verir ki,  "GORDON" onlayn nəşrinin təsisçisi Dmitri Qordon aprelin 10-da həbsdə olan rusiyalı müxalif siyasətçi Aleksey Navalnının komandası tərəfindən idarə olunan "Navalny LIVE"  "YouTube" kanalının efirində belə deyib.

 

"Düşünürəm ki, Rusiya bitib. Bu, mənim fikrimdir. Bilirsiniz,  necə ki, toyuğun başı  kəsilib, amma o, hələ də həyətdə ora-bura qaçır... Budur Rusiya - həmin toyuqdur: başı kəsilib, amma hələ də ora-bura gicəllənib hay-küy salır. Hay-küy salmağa ehtiyac yoxdur. Artıq hər şey bitdi. Bütün sivil dünya silahlarıyla qürrələnən, başqa ölkələri fəth etmək, əslində isə dinc əhalini qətlə yetirmək, azyaşlı qızları zorlamaq, ələ keçirdikləri evlərdəki  paltaryuyan maşınlar və plazma televizorları qarət edib öz cındır, zibilli kəndlərinə  göndərmək üçün gedən Rusiyaya qarşı ayağa qalxıb.”, – deyə Qordon vurğulayıb.

 

O, rus ordusunu “Rusiyanın siması” adlandırıb.

 

Qordon deyib: “Bu, dəhşətli ölkədir, iyrənc simasını bütün dünyaya nümayiş etdirmiş iyrənc bir ölkədir”.

Onun sözlərinə görə, “bütün dünya bu vəhşi sifəti gördü və bütün sivil dünya dedi: “Ya onlar bizi, ya da biz onları...”

Diaspora