Dövlət başçısı Ukrayna ərazilərini təslim etmək istəmir, lakin o hesab edir ki, Ukrayna Rusiya ilə müharibədə bacardığı qədər öz mövqeyində dayanmalıdır.
Qaziler.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində deyib.
“Biz dövlətimizdən, ərazilərimizdən imtina etməyə hazır deyilik. Onsuz da xeyli adamı qurban vermişik. Onlar dövlətimizi xilas etmək üçün öldülər. Ona görə də onların qarşısında məsuliyyət daşıyırıq. Rusiya əvvəlcə Krımı istədi, sonra Donbas məsələsini "həll etmək" fikrinə düşdü. İndi isə Xerson bölgəsini ələ keçirməyə çalışır. Biz bilirik ki, onların niyyəti ölkəmizin cənubunu ələ keçirməkdir. Əgər biz ərazimizi kiməsə verməyə hazır olsaydıq, müharibə başlamazdı”, - deyə ölkə başçısı bildirib.