Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib.
Onlardan biri qadın zabit, 9-u mülki qadındır.
Qaziler.az bildirir ki, bu barədə Ukraynanın baş nazirinin müavini İrina Vereşuk bildirib.
“Prezident Volodimir Zelenskinin göstərişi ilə bu gün üçüncü əsir mübadiləsi baş tutdu. Biri qadın zabit olmaqla 12 hərbçimiz evinə qayıdır. Biz həmçinin doqquzu qadın olmaqla 14 mülki şəxsi azad etdik”, - deyə baş nazirin müavini bildirib.