Ukrayna səfiri Vladislav Kanevski müharibədə həlak olan Azərbaycan əsilli Ukrayna vətəndaşı ilə bağlı paylaşım edib.
Qaziler.az xəbər verir ki, səfir paylaşımında ““Pizza Veterano” pizza kafeləri şəbəkəsinin həmtəsisçisi, Azərbaycan əsilli ukraynalı Rafael Ağayev Ukraynanın Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. Qəhrəman Dəniz piyadaları bölməsinin tərkibində şəhəri müdafiə edirdi. Xatirəsi əbədi yaşayacaq!" yazıb.