Ekspert: “Ermənistan Rusiya və KTMT-dən uzaqlaşmağa çalışır”

Ekspert:  “Ermənistan Rusiya və KTMT-dən uzaqlaşmağa çalışır” backend

“Ermənistanda ABŞ-ın “yumşaq qüvvə”si fəal şəkildə öz işini görür və müxtəlif strukturlar vasitəsilə ölkədəki ictimai rəyi Qərbin maraqlarına uyğun formalaşdırır. Rusiyanın təsiri zəifləyərsə, böyük ehtimalla, Ermənistan ictimaiyyətinin böyük hissəsi Qərbin təsiri altına düşəcək”.

Bunu “Report”un Rusiya bürosuna politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib.

SOCIES Ekspert Mərkəzinin Ermənistanda keçirdiyi sorğuya görə, respondentlərin 69,7 % -i rəsmi İrəvanın Moskva ilə münasibətləri məhdudlaşdırmalı olduğunu hesab edir. Erməni ictimaiyyətində NATO blokunun nüfuzu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nüfuzunu üstələyir. Belə ki, respondentlərin 34,1 % hesab edir ki, Ermənistan NATO-ya daxil olmalı və məhz bu təşkilat ölkənin təhlükəsizliyini təmin etməlidir. Respondentlərin 29,1 %-i isə KTMT-yə səs verib. Halbuki, hazırda Ermənistan məhz KTMT-nin üzvüdür.

Ekspertin sözlərinə görə, ermənilərin mövqeyi rəsmi Moskvanın beynəlxalq arenadakı statusuna əsasən dəyişir:

“Ermənistanda fəal qərbyönlü əhval-ruhiyyənin olduğunu inkar etmək olmaz. Hər dəfə Rusiya üçün problemlər yarananda Ermənistan ictimaiyyətinin bir hissəsi Rusiya və KTMT-dən daha çox uzaqlaşmağa, Qərbə istiqamətlənməyə çalışır. Ümumiyyətlə, onlar əvvəl də eyni mövqedə olublar, Qərb dəyərlərinə və həyat tərzinə tərəfdar olublar”.

Qrevtsova vurğulayıb ki, Ermənistanın NATO-ya üzvlüyü heç də erməni əhalinin təhlükəsizliyini təmin etmir.

“NATO-ya üzvlüyün Ermənistanın təhlükəsizliyini və müstəqil siyasətini təmin etmədiyini hər kəs başa düşmür. NATO-ya üzv ölkələr Vaşinqtondan gələn göstərişləri yerinə yetirməlidirlər. Hazırda bütün Avropa ölkələri öz iqtisadiyyatlarına zərər vurmaq bahasına eyni cür davranırlar”, - ekspert qeyd edib.

Diaspora