Rusiyanın Ukraynada başlatdığı müharibədə 150-dən çox mədəniyyət və memarlıq abidəsi, tarixi bina dağıdılıb.
Bu barədə Qaziler.az-a Ukraynanın ölkəmizdəki səfirliyindən bildirilib.
"Əsrlər boyu rus mədəniyyəti davamlı olaraq başqalarının hesabına özünü təsdiq etməyə çalışdığına görə Ukraynanın və əsarət altına almaq istədiyi digər xalqların mədəniyyətini ya məhv və ya şikəst edib.
Rusiya Federasiyasının Ukraynada başlatdığı genişmiqyaslı müharibə kontekstində rus qoşunları Ukraynanın nadir memarlıq, incəsənət və tarixi abidələrini məqsədyönlü şəkildə məhv edir və zədələyir. Təcavüzkar ölkənin qoşunları Ukrayna şəhərlərinin nadir tikililərini və simvollarını hədəfə alır. Onların əsl məqsədi Ukraynanı və Ukrayna kimliyinin istənilən təzahürlərini yer üzündən silməkdir, ona görə də Ukrayna mədəniyyət abidələri indi işğalçıların xüsusi olaraq nəzərindədir. Təkcə ilkin hesablamalara görə, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi nəticəsində 150-dən çox mədəniyyət və memarlıq abidələri, tarixi binalar qismən zədələnib və ya tamamilə dağıdılıb" - məlumatda deyilir.