Tuvadan Ukraynaya döyüşə göndərilən "könüllülər" - FOTO

Tuvadan Ukraynaya  döyüşə göndərilən "könüllülər" -  FOTO backend

Rusiya ukrayna ilə müharibədə verdiyi ağır itkilərin yerini ölkədəki hərbçi olmayan, demək olar ki, təsadüfi adamlarla doldurmağa çalışır. 

Bunu Qaziler.az-a Ukraynanın Azərbaycandakı səfirliyindən bildiriblər.

"Rusiyanın ən kasıb bölgəsi Tuva Respublikasıdır. Onun paytaxtı Kızıl isə Rusiya Federasiyasının ən təhlükəli şəhəri hesab olunur. Bu şəhərdə qətl hadisələri ən yüksək həddədir.  Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu da Tuva xalqının nümayəndəsidir.
Rusiya qoşunlarının Ukraynada verdiyi böyük itkilər fonunda Rusiya müharibəyə göndərmək üçün resurslar tapmağa çalışır. Döyüşə hazırlaşdırılmadan demək olar ki, hamını orduya götürürlər.

 

Bunlar Tuvadan Ukraynaya döyüşə gedən “könüllülər”dir. Onların geyimlərinə və avadanlıqlarına  diqqət yetirmək kifayət edir ki, vəziyyətin nə yerdə olduğunu anlayasan. Bu "könüllülər"ə rezin çəkmələr geyindirilib.  Dilənçi kökündə içki ilə qidalanan bu adamlar üçün  öldürmək adi hal hesab edilir. Onlar üçün müharibə pul qazanmaq və həbsə düşməmək şansıdır. Və məhz belə personajlar rus işğalçılarının əsas insan ehtiyatına çevriləcək" -deyə səfirlikdən bildirilib.

 

Diaspora