Buça faciəsi dünyanı sarsıtmaqda davam edir
Ukraynanın ölkəmizdəki səfirliyindən Qaziler.az-a verilən məlumata görə, Almaniyanın "DER SPIEGEL" nəşri BND-yə (Bundesnachrichtendienst, Almaniyanın xarici kəşfiyyatı) istinadən xəbər verir ki, "Buçada mülki şəxslərin öldürülməsi əvvəlcədən planlaşdırılmış əməliyyat olub".
Bu alman nəşrinin yazdığına görə, BND mülki şəxslərin qətlini müzakirə edən Rusiya hərbçilərinin radio rabitəsini ələ keçirdiyi barədə məlumat əldə edib. "Tutulan söhbətlərin bəzilərində öldürülən konkret şəxslərin adları və şəkilləri açıq şəkildə qeyd olunmuşdu və Buça azad olunandan sonra dünya bunu görə bildi. Beləliklə, işğalçılar ukraynalıları qorxutmaq istəyirdilər. Bu, onların aydın strategiyası idi".
Buça şəhərinin qonşuluğunda olan İrpen şəhərinin meri hələ də gördüklərindən özünə gələ bilmədiyini bildirir: “İnsanlarımızı güllələdilər, sonra tanklarla bu cəsədlərin üzərindən keçiblər. Biz yalnız bu əclafları qovduqdan sonra insanların qalıqlarını toplaya bildik. Biz cəsədləri kürəklərlə asfaltdan qoparırdıq”, - deyə İrpen şəhərinin meri Aleksandr Markuşin ürək ağrısı ilə söyləyib.