"Mən tamamilə anladım ki, qələbə bizim olacaq və sakitləşdim. Ukraynalıları məğlub etmək mümkün deyil, onlar artıq bu müharibənin qalibləridir"
"Ukrayna ordusu bu gün o qədər güclüdür ki, onun hətta hər hansı blokda olması belə vacib deyil".
Moderator.az xəbər verir ki, bunu "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı jurnalist, fotoqraf Sergey Loyko bəyan edib.
"Mənə bir tağımın tərkibində İrpen şəhərinə getməyi təklif etdilər, meydan boyunca qanacaqdoldurma məntəqəsinə tərəf getdik. Və orada beton plitə vardı, biz yaxınlaşanda minaatanlardan atəşə başladılar. Biz yerə uzandıq, kürəyimizi həmin plitəyə söykədik. Mina çatanadək yerə uzanmaq üçün bizim bir neçə saniyəmiz vardı. 40 dəqiqə ərzində minalar ətrafımızda dolaşırdı. Əsgərlər bezdilər və onlardan biri Ukrayna mahnısını oxumağa başladı. Mənim bəxtim gətirmişdi, video çəkməyə başladım. O, mahnı oxuyur, mina gəlir, biz yerə uzanırıq. Mina partlayır, biz ayağa qalxırıq, o isə oxumağa davam edir.
Mənim üçün bu, bir rəmzdir, Ukrayna xalqına qalib gəlmək mümkün deyil: gənc oğlan atəş altında mahnı oxuyur, mina düşəndə belə oxumağa davam edir. Mən tamamilə əmin oldum ki, qələbə bizim olacaq. Və sakitləşdim. Ukraynalıları məğlub etmək mümkün deyil. Onlar bu müharibəni artıq udublar", - Loyko danışıb.
Jurnalist hesab edir ki, qarşıda Rusiyanı hərbi məğlubiyyət və beynəlxalq məhkəmə gözləyir.
"Ukrayna ordusu hazırda o qədər güclüdür ki, onun hətta hər hansı blokda olması belə vacib deyil. Silahlar isə onsuz da daima veriləcək. İstənilən halda Rusiya artıq müharibəni uduzub, çünki Putin onu dağıdıb. Lakin onu hələ hərbi məğlubiyyət gözləyir. Bunun necə baş verəcəyini mən bilmirəm. Ümid edirəm ki, hər şey Haaqada bitəcək", - jurnalist vurğulayıb.