Ukrayna Silahlı Qüvvələri daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri daha bir yaşayış məntəqəsini azad edib backend

Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusu Rusiya hərbçilərini Xerson vilayətinin Novovorontsovski rayonunun Osokorovka kəndindən çıxarıb. Kənd rayon mərkəzindən cənubda yerləşir və Dnepropetrovsk vilayəti ilə inzibati sərhədin yaxınlığında yerləşir.

Bu, Ukrayna ordusu bölmələrinin hücumu nəticəsində baş verib.

Daha əvvəl müdafiə naziri Aleksey Reznikov deyib ki, müdafiəçilər Xerson vilayətində işğalçıları geri oturdublar.

Diaspora