Rusiyanın alqı-satqı saytlarından birində Ukraynada rus hərbçilərinin qənimət kimi götürdüyü əşyalar satışa qoyulub.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
"Ukraynadakı rus işğalçıları təkcə qırğınlarla deyil, həm də talançılıqla “məşhurlaşıblar”. “Xilaskarlar” diriləri və ölüləri, evləri və mənzilləri, daşına biləcək hər şeyi qarət edirlər. Rusiyanın alqı-satqı saytlarından birində Ukraynanın işğal olunmuş şəhərindən aparılan paltarların satışı ilə bağlı elan yerləşdirilib. Müharibə zamanı kuboklar döyüşdə ələ keçirilən düşmən silahlarıdır. Ruslar üçün isə "kuboklar" mülki əhalinin qarət və talan zamanı oğurlanmış əşyalarıdır" - məlumatda deyilir.