“Müharibə başlayandan indiyə qədər Ukraynada 165 uşaq ölüb, 266 uşaq isə müxtəlif dərəcəli xəsarət alıb”.
Qaziler.az xəbər verir ki, bunu Ukraynanın Baş Prokurorluğun ofisi yayıb.
Uşaqların əksəriyyəti Kiyev vilayəti və Kiyevdə, həmçinin Donetsk, Xarkov, Çerniqov, Nikolayev, Luqansk, Zaporojye, Xerson, Sumi və Jitomir vilayətlərində əziyyət çəkib.
Qeyd olunub ki, bununla yanaşı 431-dən çox uşaq xəsarət alıb.
Həmçinin bildirilib ki, Rusiyanın bombardmanları nəticəsində 869 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 83 tamamilə dağılıb.