Ukrayna qüvvələri ölkənin şimalındakı əsas əraziləri geri qaytarıb.
Apa-nın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.
Bildirilib ki, Ukrayna Rusiyanın öz məqsədlərini təmin etməsinin qarşısını alıb və onu Çerniqov və Kiyevin şimalından çəkilməyə məcbur edərək şimaldakı əsas əraziləri geri qaytarıb.
“Yeni ələ keçirilmiş regionların bəzi yerlərində geri çəkilən Rusiya qüvvələrinin qalıqları ilə aşağı səviyyəli döyüşlərin davam edəcəyi ehtimal edilir, amma bu, nəzərəçarpan dərəcədə azalır”, - deyə hərbi kəşfiyyatın məlumatında vurğulanıb.
Məlumatda o da qeyd olunub ki, Ukraynanın şimalından çəkilən bir çox Rusiya bölmələri Ukraynanın şərqindəki hərbi əməliyyatlara cəlb edilmədən öncə nəzərəçarpan səviyyədə yenidən silahlanmaya və bərpaya ehtiyac duyacaq.