Ukraynanın qəhrəmanları

Ukraynanın qəhrəmanları backend

Ukraynanın müdafiəsində iştirak edərək misilsiz şücaət göstərənlərdən 84 nəfər Ukrayna Qəhrəmanı adına layiq görülüb 

Qaziler.az-ın məlumatına görə, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.

Genişmiqyaslı işğalın başlanğıcından bu günədək 84 müdafiəçi Ukrayna Qəhrəmanı adını alıb, onlardan 42-si ölümündən sonra təltif olunmuş qəhrəmanlardır.

Nazir qeyd edib ki, bu müddət ərzində yüzlərlə müdafiəçi yüksək dövlət mükafatlarına layiq görülüb, "Briqada generalı rütbəsi alan 18 zabit isə kabinetində oturmayaraq döyüşlərdə rəşadət göstərməklə yeni nəslə nümunə olublar" - Reznikov xüsusi olaraq vurğulayıb. 

Diaspora