Çerniqov vilayəti hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib ki, Çerniqov vilayətinin Yagidna kəndində rus işğalçıları 150-dən çox insanı məktəblərdən birinin zirzəmisində saxlayıblar.
Bu barədə Qaziler.az-a Ukraynanın ölkəmizdəki səfirliyindən məlumat verilib.
Girovlar arasında qadınlar və uşaqlar da olub. O, qeyd edib ki, onları nadir küçəyə buraxıblar. "Dəhşətli yaşayış şəraitinə görə insanlar xəstələnir və ölürdü, lakin rusiyalı hərbçilər onları dəfn etməyə imkan verməyiblər. Dirilər ölülərin yanında olub..."- deyə administrasiya rəhbəri bildirib.