Buça şəhərinin meri rusiyalı hərbçilərin törətdiyi vəhşiliklərin cəzasız qalmayacağını bildirir

Buça şəhərinin meri rusiyalı hərbçilərin törətdiyi vəhşiliklərin cəzasız qalmayacağını bildirir backend

Ukraynanın yüzlərlə dinc sakininin qətlə yetirildiyi Buça şəhərinin meri Anatoli Fedoruk rus hərbçilərinin  törətdiyi vəhşiliklərdən danışıb.

Qaziler.az bildirib ki, Buça şəhərinin merinin sözlərinə görə, azad edilmiş şəhər meyitlərlə doludur, "300-ə yaxın insan isə kütləvi məzarlıqlarda basdırılıb. Küçələrdə rus əsgərləri tərəfindən güllələnmiş, əlləri bağlı mülki şəxslərin cəsədləri var. Onlar orduda xidmət etməyən, silahları olmayan dinc insanlar idi.  Və heç bir təhlükə yaratmırdılar.

Rusiya ordusunun Buça və Ukraynanın digər şəhərlərində törətdiyi vəhşiliklərlə əlaqədar olaraq, Ukrayna ərazisində işğalçıların hər bir cinayətinin araşdırılması və mühakimə olunması üçün Ukraynada xüsusi ədalət mexanizminin yaradılması barədə qərar qəbul edilib. Mexanizmin mahiyyəti milli və beynəlxalq mütəxəssislərin: müstəntiqlərin, prokurorların və hakimlərin birgə fəaliyyətidir. Bu mexanizm Ukraynaya və dünyaya Ukrayna xalqına qarşı dəhşətli müharibəyə başlayan və ya iştirak edən konkret olaraq cavabdehlik daşıyan şəxslərin məsuliyyətə cəlb edilməsinə imkan verəcək" - deyə Rusiya hərbçiləri tərəfindən viran qoyulan şəhərin meri qeyd edib.

 

Diaspora