Yüzlərlə insanın qətlə yetirildiyi Buçadan dəhşətli GÖRÜNTÜLƏR - FOTOLAR

Yüzlərlə insanın qətlə yetirildiyi Buçadan dəhşətli  GÖRÜNTÜLƏR - FOTOLAR backend

Ukraynanın yüzlərlə dinc sakininin qətlə yetirildiyi Buça şəhərinin fotoları yayılıb.

Bu barədə “RBC-Ukraina” xəbər verir.

Görüntülərdə şəhərdə kütləvi dağıntılar, xaos əks olunub.

Qeyd edilir ki, müharibə zamanı Rusiya hərbi qüvvələrinin Belarusdan Kiyevə qədər irəliləməsinə mane olan sakit Buça şəhəri kütləvi atəşə və yerli əhaliyə qarşı qəddar rəftara məruz qalıb.

Şəhərdə silahlı toqquşmalar bir aydan çox davam edib. Martın sonunda Buça Ukraynanın qəhrəman şəhəri adına layiq görülüb. Şəhər dünəndən etibarən şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Buça Rusiya işğalçılarından təmizləndikdən sonra hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna xalqına qarşı amansız cinayətlər - kütləvi edamlar, işgəncələr və zorlamalar faktlarını qeydə almağa davam edirlər.

Şəhərin küçələri yanmış avtomobillərlə yanaşı, insan meyitləri ilə doludur, yerli hakimiyyət orqanlarının məlumatına görə həlak olanlardan bəzilərinin 14 yaşı var.

Buça şəhərinin meri Anatoli Fedorukun sözlərinə görə, bu gün şəhərdəki kütləvi məzarlıqda 280 nəfər dəfn edilib.

Həmçinin qeyd olunur ki, ölənlərin çoxunun qollarında ağ sarğı olub, bu da xalqın silahsız olduğunu göstərir.

“Reuters” agentliyi isə Buçada Andrey Pervozvanno kilsəsi ərazisində çəkilmiş sputnik görüntülərini təqdim edib.

Görüntülərdə 13,7 metr uzunluğunda xəndək əks olunub. Qeyd edilir ki, təkcə kilsənin ərazisində 67 meyit basdırılıb. Meyitlərin şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayıb.

BMT baş katibi, ABŞ, Avropa ölkələri Buçada törədilən kütləvi qətliamı kəskin pisləyiblər və Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyi tələb ediblər. (report)

Diaspora