Ukrayna hərbçiləri Dnestryanı bölgədən mümkün təhlükəni izləyir...
Rusiya qoşunları Moldovanın Dnestryanı bölgəsində yerdəyişmə aparır, bu isə gələcəkdə Ukraynaya təhlükə törədə bilər.
Moderator.az xəbər verir ki, bu barədə aprelin 2- də Ukrayna Silahlı Qüvvələri (USQ) Baş Qərargahının məlumatlarına istinadən УНИАН saytı yazıb.
USQ- də Rusiyanın Moldovanın Dnestryanı bölgəsində dislokasiya olunan qoşunlarının Ukrayna sərhədlərində təxribatlar və nümayişkarənə hərəkətlər üçün cəlb edilməsi işinin fəallaşması barədə bəyan edilib.
"Rusiyanın üzdəniraq "Dnestryanı Moldova Respublikası"nın qoşunları və bölmələrinin Ukraynaya qarşı hücumunu və mümkün döyüş əməliyatlarına hazırlığının nümayişi məqsədilə yerdəyişməsi müşahidə edilir", - məlumatda belə deyilir.
Bundan əvvəl Moldova prezidenti Mayya Sandu bəyan edib ki, Moldova Rusiyaya qarşı Ukrayna ilə müharibə səbəbindən tətbiq edilən beynəlxalq sanksiyalara qoşulmayacaq. Sandu şikayət edib ki, müharibə səbəbindən Moldova faktiki olaraq Ukrayna, Belarus və Rusiya bazarlarından məhrum olib: "Biz bu gün ölkəni təbii qazsız və elektrik enerjisiz qoya bilərikmi? Yox, buna yol verə bilmərik. Nə vətəndaşlarımız naminə, nə də 50 mini uşaqlar təşkil edən 100 min ukraynalı qaçqınlar naminə", - prezident bəyan edib.
Rusiyanın Ukrayna kampaniyasında Dnestryanıdakı qoşunlarından istifadə etməsi barədə Ukrayna Baş Qərargahı hələ martın 9- da xəbərdar edib.
Bundan əvvəl isə Dnestryanıda yerli ordunun və orada olan Rusiya qoşunlarının fəallaşması müşahidə edilib.
Bu barədə Odessa vilayəti hərbi administrasiyasının spikeri Sergey Bratçuk məlumat verib.
"Tanınmamış Dnestryanının ərazisində Rusiyanın hərbi birləşmələri və üzdəniraq "Dnestryanı Moldova Respublikası"nın ordusu Ukrayna tərəfindən hər hansı hərəkətlərin nümayişi məqsədilə fəalllıq göstərməyə başlayıb. Bütün bu risklər operativ qərargaha, USQ- yə məlumdur və nəzərə alınacaq", - Bratçuk deyib.