Aİ və NATO-nun İrəvandakı hərbi attaşeləri erməni qırıcılarını təftiş etdi

Aİ və NATO-nun İrəvandakı hərbi attaşeləri erməni qırıcılarını təftiş etdi backend

Martın 31-də Avropa İttifaqı və NATO-ya üzv ölkələrin Ermənistanda akkreditə olunmuş hərbi attaşeləri ER Müdafiə Nazirliyinin aviabazasında olublar.

Musavat.com bu haqda erməni mediasına istinadən xəbər verir. Ermənistan Müdafiə Nazirliyindən “Armenian News-NEWS.am”ə verilən məlumata görə, aviabazanın komandiri, aviasiya polkovniki Samvel Tavadyan xarici qonaqları hərbi hissənin gündəlik fəaliyyəti ilə tanış edib və onların suallarını cavablandırıb. Sonra hərbi attaşelər hərbi hissənin ərazisinə səfər edib, aviasiya silahları və hərbi texnika ilə tanış olublar. Bildirilir ki, Su-30SM təyyarələri qonaqların böyük marağına səbəb olub. “Qəbula görə minnətdarlığını bildirən hərbi attaşelər səfərdən sonra 4 Su-30SM təyyarəsinin hamısının yerində olduğuna bir daha əmin olduqlarını və onların Ukraynada hərbi əməliyyatlarda iştirakı ilə bağlı Azərbaycan və Türkiyə mətbuatında yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıblar”-deyə, erməni mediasında bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə mediası Ermənistan təyyarələrinin Ukraynaya ilə cəlb olunduğunu yaymışdı.

Diaspora