Ukraynanın “simvol”u 100 min dollara satıldı - FOTO

Ukraynanın “simvol”u 100 min dollara satıldı -  FOTO backend

Amerikalı rəssam Jenya Gerşmanın Xarkovda Anadolu Agentliyinin (AA) fotomüxbiri Volfqanq Şvonın kadra aldığı fotoşəkildən ilhamlanaraq çəkdiyi tablo 100 min dollara satılıb.

Kult.az xəbər verir ki, hərrac “Heritage Auction”da baş tutub.

“Münaqişənin ən çox əziyyət çəkənləri mülki şəxslərdir. Müharibə iştirakçı olmayan insanların əzabını işıqlandırmaq isə hər şeydən önəmlidir. Bu bizə dəhşət yaşayan mülki əhalinin iztirablarını görməyə kömək edir”, - rəssam bildirib.

Qeyd edək ki, Volfqanq Şvonın kadra aldığı yaralı qadın Yelena Kurilo müəllimdir. Kurilo hazırda Polşada müalicə alır.

Diaspora