Türkiyə Prezidenti Ukrayna və Rusiyanın dövlət başçılarını bir araya gətirmək və bu görüşə ev sahibliyi etmək istəyini bir daha həmkarlarının diqqətinə çatdırıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hər iki lider Türkiyə Prezidentinə nümayəndə heyətlərinin görüşünə İstanbulda ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib.
***
22.11
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.
Qeyd olunub ki, tərəflər iki ölkənin nümayəndə heyətlərinin İstanbulda baş tutan görüşünün nəticələrini müzakirə edib.