“Yaxın günlərdə çox yaxşı xəbərlər olacaq...” - Briqada generalı

“Yaxın günlərdə çox yaxşı xəbərlər olacaq...” -  Briqada generalı backend

Rusiyanın Kiyev ətrafından 700 texnikasını çıxardığı qeydə alındı...

 

Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının batalyon taktiki qruplarının Kiyevdən qismən çıxarılmasını qeydə alır və Kiyev vilayətində yaşayış məntəqələrinin işğalçılardan azad edilməsi və təmizlənməsi üçün tədbirlər görülür.

 

Moderator.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç martın 31-də keçirdiyi brifinqdə söyləyib.

 

"Gecə ərzində Kiyev ətrafından İvankov istiqamətində, Belarus sərhəddinə doğru geri çəkilən 700-ə yaxın texnika qeydə alınıb. Biz 2 variantı nəzərdən keçiririk: ya bu yerdəyişmə və yenidən qruplaşmadır, ya da həmin batalyon taktiki qrupların qismən geri çəkilmə və  Donbasda görünmə ehtimalı var...

 

Hazırda Rusiya təbliğatı öz qoşunlarının Kiyev və Çerniqovdan planlı şəkildə çıxarılmasından danışır... Mən sizə deyə bilərəm ki, düşmən qüvvələrin bir hissəsini geri çəkməyə çalışır, lakin bütövlükdə o, strateji məqsədlərini yenidən qurub: o, qoşunlarını Donetsk və Luqansk bölgələrinin inzibati sərhədlərinə çəkmək üçün bütün qüvvələrini şərqə atmağa çalışır. Eyni zamanda, Kiyev ətrafında qalan qüvvələr kifayət qədər böyükdür. Qorxulu bir şey yoxdur, amma zərər verə bilərlər " -deyə Ukrayna ordu rəsmisi bildirib.

 

 

Lakin Baş Qərargah rəisinin müavini xatırladıb ki, düşmən paytaxta raket zərbələri endirməkdə davam edir. Eyni zamanda, Qruzeviç əmin olduğunu bildirib ki, “Düşmən Kiyevə  dəqiq girə bilməyəcək”.

 

Kiyev vilayətinə gəlincə, briqada generalı əmin edib ki, “yaxın günlərdə çox yaxşı xəbərlər olacaq”.

Diaspora