Ukrayna kəşfiyyatçı 106 Belarus hərbçisinin məlumatlarını dərc edib.
Qaynarinfo Unian-a istinadən xəbər verirn ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi "Telegram" kanalında məlumat yayıb.
"Hər bir ukraynalı və belaruslu öz adlarını bilməlidir! Ukraynanın Baş Kəşfiyyat İdarəsi Belarus Respublikası Silahlı Qüvvələrinin 38-ci Hava Desant-Hücum Briqadasının (92616 saylı hərbi hissə, Brest) ayrı-ayrı hərbçiləri (106 nəfər) haqqında şəxsi məlumatlar əldə edib. Yadda saxla: Ukraynanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə bütün hərbi cinayətkarlar məhkəmə qarşısına çıxarılacaq və cavab verəcəklər”, deyə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib.
Dərc edilmiş PDF faylda soyadlar, adlar və ataların adı, fotoşəkillər, hərbi rütbələr, vəzifələr, eyniləşdirmə nömrələri, qeydiyyat/yaşayış ünvanları, əlaqə nömrələri, marka və mülkiyyətində olan avtomobillərin nömrələri var.