Dünyanın ən dəhşətli şəhərindən reportaj - Mariupol - VİDEO

Dünyanın ən dəhşətli şəhərindən reportaj -  Mariupol - VİDEO backend

Ukraynanın Mariupol şəhərindən reportaj hazırlanıb.

Qaziler.az bildirir ki, şəhər Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin bütün dəhşətləri ilə göz qabağındadır. Şəhər Rusiya hərbçilərinin bombardmanı ilə başdan-başa viran qoyulub. Mariupolun son görüntülərində yanmış və yaşamaq üçün tamamilə yararsız hala gəlmiş binalar əks olunub.

Bir neçə gün  bundan əvvəl Mariupol Şəhər Şurası özünün “Telegram” kanalında şəhərin vəziyyəti barədə fotolar paylaşmışdı. Bildirilirdi ki, Mariupolda hazırda yüzlərlə ölən və minlərlə yaralı var, lakin şəhər rus işğalçılarına təslim olmur.

“Doğma Mariupol bu gün belə görünür. Rusiyalı faşistlərin ona nə etdiyinə baxın…Yaralı və gücdən düşmüş şəhər…”, - deyə kanal paylaşdığı fotolara şərh yazıb.

Qaziler.az Mariupoldan hazırlanmış reportajı təqdim edir:

Diaspora