Xarkov vilayətində, Çuquev yaxınlığında üzərində heç bir xəsarət və ya zorakılıq izləri aşkar edilməyən rus hərbçilərinin cəsədləri tapılıb.
Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən Qaziler.az-a bildirilib.
"Yeganə ehtimal odur ki, onları öz hərbçi yoldaşları atıb gedib və çox güman ki, onlar aclıqdan və ya soyuqdan ölüblər. Bu, dünyada ilk, bəlkə də yeganə, ən prinsipsiz və amansız ordudur. Bu ordu dinc əhalini, uşaqları, qocaları, qadınları məhv etməkdə dayanmayan, namus və əxlaq anlayışından tamamilə məhrum olan ordudur"- deyə məlumatda bildirilir.