Ukraynada gedən müharibədə daha iki azərbaycanlı həlak olub.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan iki azərbaycanlı həlak olub. Bunlar 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədovdur.
Onlar mülki vətəndaş olublar. Azərbaycanlılar ilə yanaşı, şəhərdə xeyli ukraynalı da həlak olub.
Qeyd edək ki, buna qədər də Rusiya-Ukrayna müharibəsində bir neçə azərbaycanlı həlak olub.