İstanbulda Rusiya və Ukrayna arasında nümayəndə heyətlərinin görüşü sabah davam etməyəcək.
Bu barədə Apa-nın Türkiyə müxbirinə Ukrayna nümayəndə heyətindən məlumat verilib.
Qeyd olunub ki, bununla da Türkiyədəki mərhələni hələlik bitmiş saymaq olar.
***
16:57
Ukrayna ilə sülh danışıqları üçün İstanbula gələn Rusiya nümayəndə heyəti bu gün Moskvaya geri qayıdacaq.
APA xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən məlumat yayıb.
Xəbərə görə, Rusiya-Ukrayna danışıqları sabah davam etməyəcək.