Ukraynada Kremlin iki agenti saxlanılıb

Ukraynada Kremlin iki agenti saxlanılıb backend

Xarkov vilayətində sərhədçilər Kremlin iki agentini saxlayıblar.

Qaziler.az Unian.net.-ə istinadənbildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Nəzarət postlarının birində sərhədçilər müdafiə qüvvələrinin mövqelərinin fotoşəklini çəkməyə çalışan şəxsi saxlayıblar. Məlum olub ki, həmin şəxsin mobil telefonunda Ukrayna müdafiə qüvvələrinin və növbətçi məntəqələrin koordinatlarının ötürülməsi ilə bağlı rus kuratorla yazışma tarixçəsi var.

İndi kuratorlardan mükafat əvəzinə vətən xaini azadlıqdan məhrum ediləcək və hüquq-mühafizə orqanları bunun üçün bütün səylərini əsirgəməyəcək.

Bundan başqa, Xarkov vilayətinin yaşayış məntəqələrindən birində Ukrayna Dövlət Sərhəd Xidmətinin hərbçiləri Rusiya vətəndaşını saxlayıblar.

"Saxlanılan şəxs həyasızcasına, sanki evindəymiş kimi, yerli əhalini işğalçı ölkənin Silahlı Qüvvələrinə cəlb etməyə cəhd edib. Həmin şəxs də layiq olduğu cəzanı alacaq", - Dövlət Sərhəd Xidmətindən bildirilib.

Diaspora