Rus hərbçilər ukraynalı deputatı qaçırdı

Rus hərbçilər ukraynalı deputatı qaçırdı backend

Xerson şəhərində rusiyalı hərbçilər ukraynalı deputat Dmitri Afanasyevi qaçırıblar.

Axar.az xəbər verir ki, bu barədə Xerson Vilayət Şurasının deputatı Sergey Xlan özünün Feysbuk hesabında yazıb.

“Xersonda Korabel Rayon Şurasının deputatı, “Avropa Həmrəyliyi” fraksiyasının rəhbəri Dmitri Afanasyev oğurlanıb. O, dünya şöhrətli idmançı, beynəlxalq dərəcəli təlimatçı, taekvondo üzrə Ukrayna milli komandasının məşqçisidir”, - deyə o bildirib.

Xlanın sözlərinə görə, martın 22-də Ukraynayönümlü aksiya dağıdılarkən rusiyalı hərbçilər Dmitrinin arvadını tutmaq istəyiblər:

“Bu zaman o, arvadını müdafiə edib. Bunun üçün deputat şiddətli şəkildə döyülüb: xəstəxanada ona çoxsaylı qançırlar və qabırğaların sınığı diaqnozu qoyulub. Bundan iki saat sonra rusiyalı hərbçilər onun evinə gələrək axtarış aparıblar. Onlar rayon şurasının deputatının sənədini tapıblar, müşahidə kameralarından videogörüntülər götürüb və ailə üzvlərinin mobil telefonlarını əllərindən alıblar. Evdə olan bütün kişilər saxlanılıblar, onların arasında Dmitrinin dostları da olub. Martın 23-də evdə yenidən axtarış aparılıb və saxlanılanlardan biri sərbəst buraxılıb. O, ağır işgəncələr barədə danışıb”.

Həmin şəxs saxlanılan digər kişilərin hələ də buraxılmadığını vurğulayaraq, onlara işgəncələrin davam edildiyini deyib.

Diaspora