Ukrayna MN: “Sutka ərzində 200 rusiyalı hərbçi zərərsizləşdirilib”

Ukrayna MN: “Sutka ərzində 200 rusiyalı hərbçi zərərsizləşdirilib” backend

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində Rusiya hərbçilərinin itkiləri ilə bağlı məlumat yayıb:

“Ötən sutka ərzində düşmənin doqquz hücumu dəf edilib, 12 tankı, 20-yə yaxın zirehli və avtomobil texnikası, doqquz artilleriya sistemi məhv edilib. Düşmən 200-dən çox hərbi qulluqçusunu itirib. Hava hücumundan müdafiə bölmələri Rusiyanın iki təyyarəsini və iki PUA-sını vurub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması ötən gün ərzində düşmənin altı hava hədəfini vurub: bir təyyarə, bir PUA və dörd qanadlı raket”, - məlumatda deyilir. (oxu.az)

Mənbə: UNİAN

Diaspora